İrevan Tv
CANLI TV

Siyasət
04 May 2024
4

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib



 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.


İrevantv.com bildirir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.


Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd olunub.


Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb və bu sahədə yaxşı potensialın olduğu bildirilib.


Eyni zamanda, görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulub.