İrevan Tv
CANLI TV

Dünya
06 May 2024
4

Artıq Everestə icazə ilə qalxmaq tələb olunacaq



 

Nepal Ali Məhkəməsi ölkə hökumətinin üzərinə Everestə və digər dağ zirvələrinə qalxmaq üçün icazələrin sayını məhdudlaşdırmaq, həmçinin dağlıq regionda ətraf mühitin mühafizəsi və tullantıların idarə edilməsi üzrə tədbir görmək öhdəliyi qoyub.


Dünyanın on ən yüksək zirvəsindən səkkizi Nepalda yerləşir. Bu ölkə xüsusilə də zirvəyə qalxmaq üçün daha uyğun şəraitin olduğu yaz aylarında yüzlərlə macəra axtarışında olanları özünə cəlb edir.


İrevantv.com AZƏRTAC-a istinadən bildirir ki, yerli vəkil Dipak Bikram Mişranın ekoloji ziyan vuran turizm axınını məhdudlaşdırmağı tələb edən petisiyası Nepal Ali Məhkəməsinin bu qərarı üçün əsas rolunu oynayıb.


Məhkəmə qərarının xülasəsində qeyd olunur ki, dağların əzəmətinə hörmətlə yanaşılması və icazələrin sayının müvafiq həddinin müəyyən edilməsi vacibdir.


Qərar aprelin sonlarında qəbul olunsa da, bu həftə dərc edilib. Bu sənədin tam mətni dərc edilmədiyi üçün zirvələrə qalxmağı məhdudlaşdıracaq icazələrin sayı hələ məlum deyil.