İrevan Tv
CANLI TV

İqtisadiyyat
06 May 2024
4

BTC kəməri ilə Türkiyəyə nəql edilən neftin miqdarında artım müşahidə olunub



 

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 55 322 min barel neft nəql edilib. Bu göstərici illik planla müqayisədə 1% çoxdur.


İrevantv.com Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə daşınan neftin miqdarı 54 811 min barel təşkil edir.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib. Bu da öz növbəsində 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.


Qeyd edək ki, BTC kəməri ilə idxal edilən neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.