İrevan Tv
CANLI TV

Maraqlı
05 May 2024
1

“Adamsın bərabərlik nəzəriyyəsi”nə görə movitasiya



 

Özünə hədəf təyin etmək və bu yolda irəliləmək üçün motivasiya ən vacib amildir. İnsan daxilində “addımlamaq” instiktini qorumaqdan ötrü ilk növbədə olduğu mühit və içərisində olduğu şərtlərlə razılaşmalıdır. Çevrəsinə nəzərən öz vəziyyətini qiymətləndirdikdə ədalətlilik hiss etməlidir. Elə motivasiyanın bərabərlik nəzəriyyəsi də burada üzə çıxır.


 

 

Bu nəzəriyyə 1960-cı ildə Con Steysi Adams tərəfindən irəli sürülmüşdür. Buna görə də "Adamsın bərabərlik nəzəriyyəsi" adlandırılır.


 

Adamsın irəli sürdüyü sistemin məntiqi isə bundan ibarətdir:


 

Öz səriştə, bacarıq və təcrübələrimizi bir sütunda, bunun müqabilində bizə təqdim edilən ödəniş, şəxsi fayda, tanınırlıq kimi nəticələri isə digər sütunda qeyd edirik. Əldə etdiyimiz dataları xallara çevirir və hər iki yekunu bir-biri ilə, eyni zamanda çevrəmizdə bizimlə eyni göstəricilərə malik şəxslərlə müqayisə edirik.


 

Ortaya çıxan nəticə ürəkaçan olarsa, ədalət duyğusunun bizdə gücləndirdiyi daxili motivasiyaya çatmağımız asanlaşır. Çünki şərtlərlə uzlaşan zaman nəticə ilə də barışırıq.