İrevan Tv
CANLI TV

Siyasət
04 May 2024
10

İlham Əliyevin ölkə liderlərinə COP29-a dəvət məktubları ünvanladı



 


Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev tərəfindən dünya təşkilatındakı ölkə rəhbərlərinə çatdırılıb.



İrevantv.com xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.


"COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Respublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli həmkarlarına çatdırılıb. Azərbaycanın dünya təşkilatındakı diplomatik missiyası vurğulanıb".