BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar keçirilib.
İrevantvc.om AZƏRTAC-a istinadən bildirir ki, elmi seminarda universitetin Redaksiya-nəşriyyat işi kafedrasının dosenti Nailə Mehrəliyeva məruzə edib. Araşdırmada orta əsr əlyazmalarının kolleksiyaçısı, klassik ədəbiyyat nümunələrimizin tədqiqatçısı və naşiri Salman Mümtazın mətnşünaslıq və biblioqrafiyaşünaslıq sahələrindəki fəaliyyəti öyrənilib.
Məruzəçi bildirib ki, Salman Mümtaz folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanması sahəsində böyük xidmətlər göstərib.
Görkəmli mətnşünas uzun illər apardığı araşdırmalar əsasında “El şairləri” adlı ikicildlik kitab çap etdirib, klassik ədəbiyyatımızın görkəmli simalarından Qövsi Təbrizi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı və başqaları haqqında sanballı məqalələr çap etdirib, klassiklərin elmi-tənqidi mətnlərini hazırlayıb.
Məruzədə Salman Mümtazın keşməkeşli həyatından da bəhs edilib: “Salman Mümtaz 1937-ci ildə xalqımızın bir sıra görkəmli şəxsiyyətləri kimi repressiyaya məruz qalıb, həbs olunub, 1941-ci ildə isə güllələnib. Onun həbsi zamanı vaxtilə topladığı 270 əlyazma məhv edilib.
2024-cü ilin mayında anadan olmasının 140 ili tamam olan Salman Mümtazın xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi 1996-cı ildən Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Salman Mümtazın adını daşıyır”.
Elmi seminar müzakirələrlə davam etdirilib, məruzəçiyə suallar ünvanlanıb.
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir
Prezident İlham Əliyev yeni fərman imzaladı
FHN-də silsilə maarifləndirmə tədbirləri keçirib
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü
“Təhsil haqqında” Qanuna dəyişikliklər edildi