İrevan Tv
CANLI TV

İdman
14 Avqust 2024
5

Olimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər



 

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.


"Report" xəbər verir ki, həmçinin Şəhidlər xiyabanı da ziyarət olunub.


Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.


Qeyd edək ki, Azərbaycan Paris-2024-ü yeddi medalla başa vurub. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.