İrevan Tv
CANLI TV

İdman
16 Avqust 2024
2

Rövşən Nəcəf "Zirə" futbol klubunu təbrik etdi



 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Zirə" futbol klubunu təbrik edib.


Oxu.Az xəbər verir ki, bu barədə o "X" sosial şəbəkə hesabında paylaşım edib.


"Zirə" futbol klubunu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir, təmsilçimizə qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm. Əzmkar mübarizəyə baxmayaraq, turnirlə vidalaşan "Sabah" klubuna isə gələcək oyunlarda uğurlar arzu edirəm" , - paylaşımda qeyd olunub.