Xronika: "Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Məni ermənilər mahnı yarışlarına qoymadılar" adlı veriliş Pəmbək mahalının Böyük Qarakilisə rayonunun Hallavar kənd sakini Səmayə İsmayılovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, məktəb illərində müxtəlif oyunlar oynadığını, səhnədə mahnı oxuduğunu, ailədə saz səsi ilə böyüdüyünü deyib: "Mən özümü dərk edəndən rəqslə, mahnı oxumaqla, idmanla məşğul olmağı, yarışlara getməyi xoşlamışam. Çox gözəl uşaqlığım keçib. Uşaqlığımın hər dəqiqəsi mənim üçün çox dəyərli olub. Yaxşı səsə malik olsam da, ermənilər mahnı yarışlarına qoymur, bizə təsir edirdilər. Azərbaycanlıların ən öndə gedən insanlarını məhv etmək üçün hər vasitəyə əl atıblar".
1970-ci ildə Bakıda Pedaqoji Texnikomda, Azərbaycan Dövlət İncəsənət Universitetində oxuduğunu, 1977-ci ildə İrəvan Dövlət Azərbaycan Teatrına dəvət aldığını deyən Hallavar sakini Kalinino rayonunun Şahnazar kəndində konsert zamanı təhlükəli anlar yaşadığını xatırladıb, həmçinin başqa hadisələrdən söz açıb: "1988-ci il martın 18-də İrəvanda qapımıza plakat yapışdırdılar ki, sizin bayramınızı qana döndərəcəyik. Nəinki mənim, orada nə qədər azərbaycanlı var idi hamısına yapışdırmışdılar. Həmin gün uşaqları götürüb Naxçıvanı keçdik. Oradan Meğriyə, Zəngilana gəlməli idik. Meğridə vaqonları daş-qalaq edib, şüşəsini çilik-çilik etdilər. Uşaqları yataq yerinin altında gizlətdik. Avqust ayında uşaqları Bakıda qoyub məcburən yenidən İrəvana qayıtdıq. Hər gün bizim həyətə benzin dolu butulka atırdılar. Biz hər dəqiqə ölümlə üz-üzə idik. Çox dəhşətli anlar yaşadım. Oktyabrın 6-da Qazaxa gəldik. Hər postda avtobusu dayandıranda varımızdan yox olurduq. Bakıya gələndə xəbər gəldi ki, İrəvanda evimizi yandırıblar".
Onun sözlərinə görə, 1988-ci il dekabrın 7-də Hamamlıda (Spitak) baş verən dəhşətli zəlzələ Hallavar camaatının həyatını xilas edib, insanlar vertolyotlarla kənddən çıxıblar.
Vətən həsrətinin böyük ağrı olduğunu deyən S.İsmayılova kəndə qayıdacağı günü ümidlə gözləyir: "Əminəm ki, o torpaqlara qayıdacağıq. Orada mənim yüz arxa dönənim yaşayıb, o torpağı onlar əkib-becərib, yetirib-bitirib, bizi bu dünyaya gətirib, orada basdırılıblar. Biz ora getməliyik və onların ruhunu sevindirməliyik. İnanıram ki, kafirlərin bağladığı yolumuz açılacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"Bakıda vəzifədə yüzlərlə erməni var idi, amma Ermənistanda bizə imkan vermirdilər" - VİDEO
Xronika: "Soyuq qış günü hərbçilər dedilər ki, səhər saat 6-da buranı tərk etməlisiniz"
Qərbi Azərbaycan Xronikası: "1915-ci ildə Çaykəndin əhalisi Tovuz və Gədəbəyə köç edib"
Qərbi Azərbaycan Xronikası: "Erməni nazir dedi ki, yaxşı işi sizə yox, özümüzünkülərə verərəm"
Qərbi Azərbaycan Xronikası: "Ermənilər Əmirxeyirdə vəhşiliklər törədiblər"
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Qərbi Azərbaycan Xronikası: "Ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacağam"
Qərbi Azərbaycan Xronikası: "Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb"
Xronika: "Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində qorunan hər bir eksponat tarixdir"
Qərbi Azərbaycan Xronikası: "Molla Nəsrəddin" jurnalının İrəvan müxbirləri olub"
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir
Qərbi Azərbaycan Xronikası: Erməniləri Çivə kəndinə köçürüb türk izlərini sildilər