İrevan Tv
CANLI TV

Maraqlı
05 May 2024
2

Acqarına kişmiş yeməyin faydaları



 

Ən məşhur çərəz olan kişmiş şəfa mənbəyidir.


İrəvan Media qrup bildirir ki, xüsusilə hər səhər acqarına qəbul edilən 5 ədəd kişmiş bir çox şeyə faydalıdır.


Acqarına istehlak edildikdə kişmiş həzmi asanlaşdırır və bağırsağın hərəkətlərini tənzimləyir. Bu şəkildə həzm sistemi daha səmərəli işləyir və qəbizliyi azaldır.


Bundan əlavə, kişmişin qanda şəkəri tarazlaşdıran təsiri də var. Acqarına yeyildikdə qan şəkərini balanslaşdırmağa kömək edir və enerji səviyyəsini artırır.Nəticədə gün ərzində özünüzü daha gümrah hiss edirsiniz.


Eyni zamanda, kişmiş mədə xəstəliklərinin qarşısının alınmasında böyük rol oynayır. Antioksidantlarla zəngin olan kişmiş immunitet sistemini gücləndirir və mədəni qoruyur.