Qərbi Azərbaycan İcması dünya liderlərinə səsləndi
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən praktik addımların atılması qərarlaşdırılıb.
Lakin, Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın icrasına mane olmaq üçün var gücü ilə çalışırlar. Çox narahatlıq doğuran haldır ki, həmin prosesləri Erməni Qriqorian Kilsəsinin dini xadimləri fəal rol alıblar. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər.
Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi günlərdə Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir. Qeyd edək ki, azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirmişdir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini Erməni Qriqorian Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırır. (mənbə: Qərbi Azərbaycan İcması)
Qərbi Azərbaycan İcmasından Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
ABŞ-dan Azərbaycanla bağlı yeni bəyanat
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpası məsələsinə toxunulub
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Ağrı hissi keçicidir
BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
İlham Əliyevin ölkə liderlərinə COP29-a dəvət məktubları ünvanladı